QAPAQ DƏYİŞMƏ NÖQTƏLƏRİ

Uduşlu qapaqları qarşısında kampaniya məlumatları olan və “Qapaq dəyişmə nöqtəsi” yazılı posterləri asılan marketlərdə həmçinin aşağıda adları qeyd edilən bütün iri marketlər şəbəkəsində dəyişdirə bilərsiniz:

  •  Bravo market
  •  Rahat market
  •  Sarı market
  •  Mega market

 

 

AZƏRBAYCANDA KEÇİRİLƏN “NOVRUZ 2019” KAMPANİYANIN RƏSMİ ŞƏRTLƏRİ

«Novruz 2019» kampaniyasi (bundan sonra – «kampaniya» adlanacaq) AZ1117, Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi  ünvanında yerləşən «Azərbaycan Koka-Kola Bottlers Ltd» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – «Təşkilatçı» adlanacaq) (VÖEN: 9900039011 Əlaqə nömrələri: +994 12 488 08 01/02/03)  tərəfindən  15 Fevral  2019 – 15 Aprel 2019-ci il tarixləri arasında Azərbaycan Respublikasında təşkil edilir.

 

BÖLMƏ 1. KAMPANIYADA İŞTİRAK EDƏN QABLAŞDIRMA VƏ ƏMTƏƏ NİŞANLARI

Kampaniyada üzərində “2 qapağa 1 stəkan hədiyyə” YAZILMIŞ GÜMÜŞÜ QAPAQLI VƏ XÜSUSİ ETİKETLİ 2.5 LİTRLİK HƏCMİNDƏ QABLAŞDIRILMIŞ «COCA-COLA Classic», «COCA-COLA Şəkərsiz», «FANTA PORTAĞAL» və «SPRITE» MƏHSULLARI İŞTİRAK EDİR.

Bütün iddialar və təqdim olunan Qapaqlar Təşkilatçı tərəfindən yoxlanılır. Qapaq(lar)ın həqiqiliyinə dair hər hansı bir mübahisənin yaranması halında, yekun qərar Təşkilatçı tərəfindən veriləcəkdir.

 

BÖLMƏ 2. UDUŞUN TƏSVİRİ

2.1. 660,867 (altı yüz altmış min səkkiz yüz altmış yeddi) ədəd Bölmə 3-də göstərilən Çəhrayı, Sarı, Narıncı rənglərdə Coca-Cola Neon stəkanlarından biri Təşkilatçının rəsmi internet saytında yerləşdiriləcək satış nöqtələrinə  (bundan sonra - QAPAQ DƏYİŞMƏ MƏNTƏQƏSİ adlanacaqdır) mövcud olma şərtilə  sizin ola bilər.

2.2.Kampaniyanın Rəsmi Şərtlərinə  əsasən Kampaniya zamanı İştirakçılar arasında paylanılacaq Uduşların sayı, bütün Azərbaycan Respublikasını nəzərə almaqla, 660,867 (altı yüz altmış min səkkiz yüz altmış yeddi) təşkil etməlidir.

Diqqət! Uduşların ümumi sayı heç bir halda Bölmə 2-də göstərilmiş sayları keçməməlidir.

 

BÖLMƏ 3. UDUŞLARIN ALINMASI QAYDASI

3.1 Üzərində “2 qapağa 1 stəkan hədiyyə” yazısı olan iki gümüşü Qapağı toplayın və Coca-Cola neon stəkanlarından birini siyahısı www.coca-cola.az/ Facebook Page rəsmi səhifəsinə yerləşdiriləcək Kampaniyada iştirak edən QAPAQ DƏYİŞMƏ MƏNTƏQƏLƏRİNDƏN əldə edin .

3.2 Asanlıq məqsədilə QAPAQ DƏYİŞDİRMƏ MƏNTƏQƏLƏRİNDƏ “QAPAQLARI BURADA DƏYİŞDİR” yazısı mövcud olmalıdır.

 

İMTİNA HAQQINDA BİLDİRİŞ.

Kampaniya zamanı təşkilatçı İştirakçılardan aşağıdakı sənədləri tələb etmək hüququna malikdir:

(i)Kampaniyada iştirak edən məhsulların alışı haqqında qəbz(bundan sonra- Sübut Sənədi adlanacaq). Sübut sənədin üzərindəki tarix kampaniya müddətini əhatə etməlidir  və tələb edilən Sübüt Sənədi Uduş(lar) sayının əvəzində təqdim ediləcək Qapaq(lar) sayından əksik olmamalıdır. (ii)Şəxsiyyətini təsdiq edən sənədin nüsxəsini   

Təçkilatçının tələb etdiyi Sübut Sənədi və Şəxsiyyətini təsdiq edən sənədin surəti təhvil verilmədikdə iştirakçilara Uduş(lar) təqdim edilməyəcəkdir.

Təşkilatçı İştirakçiların Qapaq dəyişdirmə məntəqələrinə gəlmək üçün daşınma və/və ya iştirak xərc və məsrəflərinə görə  məsuliyyət daşımır.

 

VACİB QEYD

Kampaniya zamanı heç bir şərtlər altında təşkilatçı tərəfindən təqdim edilən  uduş(lar)ın satışı və ya vasitəli satışı həyata keçirilməməlidir.

Bu qaydalara zidd olan hər hansı satış Coca-Cola şirkətinin əmtəə nişanının içazəsiz istifadəsi kimi qəbul ediləcəkdir və müəssisə hüquqlarının qorunması məqsədi ilə və qanunsuz tədbirin dayandırılması üçün hüquqi tədbirlər görə bilər.

 

BÖLMƏ 4.  KAMPANİYADA İŞTİRAK EDƏ BİLƏCƏK ŞƏXSLƏR

12 yaşından yuxarı olan şəxslər bu Kampaniyada iştirak etmə hüququna malikdirlər. «The Coca Cola Company», Təşkilatçı, «Coca-Cola Meşrubat Pazarlama Danışmanlık Sanayi ve Ticaret A.Ş.» və ya deyilənlərin yerli nümayəndəlikləri, yaxud yerli nümayəndələri, iştirak edən distribyutorları, pərakəndə satıcıları və ya onların ortaq şəxsləri, reklam agentlikləri və bu Kampaniyaya  aidiyyatı olan digər agentliklər; kampaniyanın  keçirilməsinə texniki dəstək göstərən şirkətlərin işçiləri və nümayəndələri, onlarla əlaqəli olan şəxslər; həmçinin adları çəkilən şirkətlərin işçiləri və onların ailə üzvləri Kampaniyada  iştirak edə bilməzlər.

 

BÖLMƏ 5. UDUŞLARIN ƏLDƏ EDİLMƏSİ QAYDASI  VƏ QAPAQLAR.

5.1 Uduşlar yalnız orijinal və Təşkilatçının istehsal etdiyi məhsulların qablaşdırılmasında istifadə olunan Qapaqları (Bölmə 1-də təsvir edilən şəkildə) və Bölmə 3-də göstərilən sənədləri təqdim  edən İştirakçilara  təqdim ediləcəkdir

5.2 İştirakçılar tərəfindən təqdim edilən bütün iddialar və Qapaqlar Qapaq dəyişmə məntəqələrində və/və ya Təşkilatçı tərəfindən yoxlanmalıdır. Qapağın oğurluq olacağı və ya hər hansı səbəbdən Qapaqların orijinal olmayacağı və ya təqdim edilən Sübut Sənədinin keçərli olmayacağı təqdirdə, Qapaq dəyişmə məntəqəsi və Təşkilatçılar Uduşları təqdim etməmək hüququna malikdir.

5.3 Təşkilatçı iştirakçı tərəfindən təqdim olunan qapağın uduşlu olub-olmadığını dəqiq müəyyən edə bilmək üçün qapaqların altında bir və ya bir neçə məxfi və ya gizli simvollar  (bundan sonra  “Gizli Kod”  deyiləcəkdir) çap edə/ yerləşdirə bilər. Mübahisə yarandığı halda, Təşkilatçı Bölmə 3-də  göstərilən şəkildə uduş  tələblərinin təqdim edilməsi üçün sonuncu tarixə qədər  Gizli Kodun (Kodların) nə olduğunu açıqlamamaq hüququnu saxlayır. Bu Kampaniyada  iştirak etməklə, iştirakçılar xüsusi olaraq razılıq verirlər ki, Təşkilatçının məlumat açıqlamama hüququna heç bir şəkildə etiraz etməyəcəklər.

5.4. Yazısı oxunmayan, zədələnmiş, dəyişdirilmiş, dublikat olunmuş, saxtalaşdırılmış, kəsilmiş, cırılmış, üzərində çap və ya digər səhvlər olan, qanuni yolla əldə edilməmiş Qapaqlar etibarsız sayılır.  Əgər Təşkilatçı qapağın saxta olduğunu hesab edirsə və ya müxtəlif səbəblərdən, həmçinin qapağın  uduşlu olmadığını hesab etməyə əsaslı səbəb varsa,Təşkilatçı qapağın uduşlu olmadığını təyin etmək və uduş tələbini təmin etməmək hüququna malikdir.

5.5.  Uduş haqqında iddianın etibarlı olması və ya Qapaqların həqiqiliyi barədə mübahisə yarandığı halda, Təşkilatçının qərarı həlledicidir. Təşkilatçı uduşsuz qapaq(lar)la  bağlı  yaranan mübahisələrdə heç bir məsuliyyət daşımır və heç bir açıqlama vermək məcburiyyətində deyil.

5.6. Təşkilatçı uduşlu qapaq(lar)ın sahibinin kim olması ilə bağlı  yaranan mübahisələrdə heç bir məsuliyyət daşımır. Təşkilatçıya uduşlu qapaq(lar)ı təqdim edən şəxs qapağın əsl sahibi hesab ediləcək.

5.7. Təşkilatçı uduşsuz qapaqlarla bağlı heç bir açıqlama vermək və ya yazışmalar aparmaq məcburiyyətində deyil.

 

BÖLMƏ 6. UDUŞLARIN PUL EKVİVALENTİ İLƏ ƏVƏZ OLUNMASININ MÜMKÜNSÜZLÜYÜ

Uduş heç bir halda onların pul ekvivalenti ilə əvəz oluna bilməz.

 

BÖLMƏ 7. SƏHVLƏR VƏ STANDART OLMAYAN QAPAQLAR

Çap, və ya digər səhv, və ya standart olmayan qapaq, və ya qapağın xaricində olan yazının hər hansı səbəbə görə, o cümlədən Qapaq istehsalçısının səhvi səbəbindən oxunmazlığına görə «The Coca Cola Company», Təşkilatçı, «Coca-Cola Meşrubat Pazarlama Danışmanlık Sanayi ve Ticaret A.Ş.» və ya deyilənlərin yerli nümayəndəlikləri, yaxud yerli nümayəndələri, iştirak edən distribyutorları, pərakəndə satıcıları və ya onların ortaq şəxsləri, reklam agentlikləri və bu Kampaniyaya  aidiyyatı olan digər agentliklər heç bir məsuliyyət daşımırlar.

 

BÖLMƏ 8. İŞTİRAKÇILARIN ƏLAQƏLƏRİ

Uduşlar(ın) təqdimatı media, audio yazı, foto və video çəkilişləri ilə bağlı ictimai tədbir kimi təşkil edilə bilər. Bu Kampaniyaya qoşulduğunda, İştirakçı (lar), həmçinin, Uduşların alıcısı olarsa onların adı, ünvanı və fotoşəkilləri / video təsvirləri və səs qeydləri ictimaiyyətə açıqlana bilər və audio, foto və Təşkilatçı tərəfindən hər hansı bir təzminat olmadan özünə məxsus video materiallarında istifadə edilə bilər.

Təşkilatçı yuxarıda göstərilən ictimai tədbirin təqdimatı təşkil edildikdə və bu razılıq əldə edildikdə İştirakçılara bu şərt barədə məlumat verməlidir.

Uduşu iddia edən və ya Uduşu tələb edən hər bir İştirakçı, onun tam adı, fotoşəkilləri / videoları və audio yazılışının təşkilatçının öz mülahizəsinə uyğun hesab edə biləcəyi şəkildə və hər hansı bir şəkildə, İştirakçılardan hər hansı əlavə saziş və ya icazələrin alınmadan hər hansı bir audio, fotoşəkil və video materialı iştirakçılara heç bir kompensasiya ödəmədən və onlara bildiriş vermədən ehtiyac duymadan həyata keçirilməsinə razılıq verir.

 

BÖLMƏ 9 KAMPANİYADA DƏYİŞİKLİKLƏR.

Təşkilatçı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının  icazəsi əsasında bu Kampaiyanın müddətini dəyişdirmək,  ləğv etmək, dayandırmaq, qısaltmaq və ya uzatmaq hüququna malikdir.

Təşkilatçı bu dəyişikliklər haqda elanı  onun tərəfindən seçilmiş milli qəzetdə və ya www.coca-cola.az/ Facebook Page İnternet səhifəsində yerləşdirilməlidir.  

 

BÖLMƏ 10. ƏMTƏƏ NİŞANI

COCA-COLA ŞİRKƏTİ (TCCC)

Bu Rəsmi Şərtlərin müddəaları    iştirakçıya TCCC-nin yuxarıda göstərilən əmtəə nişanından istifadəsinə görə mənfəətinəldə etmək hüququnu verməsi kimi şərh olunmamalıdır.. Rəsmi Şərtlərin  müddəaları və ya Kampaniyada iştirak etmə, iştirakçıya marketinq və reklam məqsədləri üçün TCCC və Təşkilatçının adını, loqosunu, ticarət nişanlarını və ya müəllif hüquqlarını və ya Kampaniyaya aid olmayan başqa məqsədlərdən istifadə etmək və ya qeyd etmək hüququnu vermir (TCCC-nin əvvəlcədən yazılı razılığı olmadan). İştirakçı TCCC əmtəə nişanlarının etibarlılığını və TCCC-nin mülkiyyət hüququnu qəbul edir.

İştirakçı TCCC əmtəə nişanlarının  hüquqlarına dair Rəsmi Şərtlərinin  müddəalarını pozduqda, Təşkilatçı İştirakçıdan bu cür pozuntu nəticəsində Təşkilatçıya və /və ya  TCCC/və ya hər hansı digər ərazidə işləyən TCCC əmtəə nişanları ilə malların digər səlahiyyətli nümayəndəsi və / və ya distribyutorlara   dəymiş zərərin əvəzini ödəməlidir.

Bu Bölmə 10 Kampaniya bitdikdən sonra da etibarlıdır.

 

BÖLMƏ 11. KAMPANİYANIN RƏSMİ  ŞƏRTLƏRİ

Kampaniyanın  Rəsmi Şərtlərini   bu Kampaniyada  iştirak edən satış nöqtələrində və ya www.coca-cola.az/ Facebook Page veb səhifəsində əldə etmək mümkündür.

Daha ətraflı məlumat almaq üçün  *4441  telefon nömrəsinə zəng vura bilərsiniz.

KAMPANİYADA İŞTİRAK ETMƏKLƏ BÜTÜN  İŞTİRAKÇILAR KAMPANİYANIN HAZIRKI RƏSMİ ŞƏRTLƏRİNƏ TABE OLACAQLARINA AVTOMATİK OLARAQ RAZILAŞIR.

«COCA-COLA», «COKE», «COKE ZERO»,      «FANTA»,  Kontur Şüşəsi və Dinamik Lent «The Coca-Cola Company»-nin qeydə alınmış əmtəə nişanlarıdır.