Coca-cola.az Məxvilik siyasəti



Ümumi müddəalar

"AZӘRBAYCAN COCA-COLA BOTTLERS LİMİTED" MMC (Bundan sonra “Şirkət” adlandırılacaq) Şirkətin internet-saytlarının (Bundan sonar “Saytlar” adlandırılacaq) hər bir ziyarətçisindən alınan şəxsi məlumatların məxfiliyinin qorunub saxlanması siyasətinə riayət edir. “Məxfilik” haqqında bu Əsasnamə Cəmiyyətin Saytlar vasitəsilə hansı şəxsi məlumatları əldə edə biləcəyini və Cəmiyyətin ziyarətçilərdən alınan şəxsi məlumatlardan nə cür istifadə edə biləcəyini müəyyən edir.

Şəxsi məlumatlar

Şirkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun Şirkətə məxsus Saytlar vasitəsilə (könüllü şəkildə təqdim olunan Şəxsi məlumatlar istisna olmaqla) şəxsi məlumatlar hesab olunan aşağıdakı adları göstərilən məlumatları toplamaq niyyətində deyil:

Sizin soyadınız, adınız, atanızın adı, doğum tarixiniz (il, gün, ay), cinsiniz, milliyyətiniz, ünvanınız, ailə vəziyyətiniz, telefon nömrəniz, elektron poçt ünvanız və başqa informasiya (“Şəxsi məlumatlar”). Şəxsi məlumatların qeydiyyata alınmasını istəməyən şəxslər həmin məlumatları təqdim etməyə bilər.

Şəxsi məlumatların qeydiyyatı

İstifadəçi öz Şəxsi məlumatlarını təqdim etdikdə, Şirkət, əgər başqa şərt nəzərdə tutulmayıbsa, həmin məlumatları saxlaya, sistemləşdirə, toplaya, yığa, dəqiqləşdirə, istifadə edə, şəxsiyyətsizləşdirə, müştərilərin ehtiyaclarını öyrənmək və öz məhsullarının və xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə həmin informasiyanı ötürə bilər. Şirkət (və yaxud reklam kampaniyaları çərçivəsində bizim adımızdan çıxış edən digər şəxslər) istifadəçi ilə əlaqə saxlamaq üçün istifadəçinin Şəxsi məlumatlardan istifadə edə bilər; və/ yaxud Şirkət üçüncü şəxslərə Saytların ziyarətçiləri və ya istifadəçiləri haqqında ümumiləşdirilmiş (şəkli dəyişdirilmiş) informasiya təqdim edə bilər. Şirkət üçüncü şəxslərə Şəxsi Məlumatları satmayacaq, icarəyə verməyəcək və bunları etmək niyyətində deyil.

Şirkət Şəxsi məlumatları, bu cür açıqlama üçün razılıq verdiyi və yaxud bu barədə qabaqcadan xəbərdar olduğu hallar istisna olmaqla heç bir xarici təşkilatlara açıqlamayacağına zəmanət verir.

Yetkinlik yaşına çatmayan və ya başqa istifadəçilər tərəfindən üçüncü şəxslərə, çatlarda, elektron poçtla, İnternet şəbəkəsində elan sərlövhələrində könüllü şəkildə təqdim olunan informasiya, o cümlədən Şəxsi məlumatlar üçüncü şəxslər tərəfindən soruşulmayan məlumatların göndərişi və ya başqa məqsədlərlə istifadə oluna bilər. Şirkət bütün valideynlərə məsləhət görür ki, öz uşaqlarına İnternet şəbəkəsindən istifadəyə daha məsuliyyətlə yanaşmağı və Şəxsi məlumatların və başqa informasiyanın təhlükəsizliyini qorumağı izah etsinlər.

Şirkət avtomatik olaraq əldə etdiyi əlavə informasiya Sayta qoşulduğunuz bəzi hallarda Şirkət Şəxsi məlumatlar olmayan texniki informasiyanı birbaşa (yəni qeydiyyatsız) əldə edə bilər. Bu cür informasiyaya istifadəçinin internet-brauzerin növü, istifadəçinin kompüterin əməliyyat sisteminin növü və Sayta daxil olduğunuz internet saytın domen adı aid edilir.

İstifadəçinin kompüterində birbaşa olaraq yerləşdirilən informasiya — Cookies

Saytlara daxil olduğunuz zaman Şirkət istifadəçinin kompüterində müəyyən informasiyanı saxlaya bilər. Bu informasiya Cookies (daxil olduğunuz saytlardan sizin kompüterin sərt diskinə istiqamətlənən məlumatlar ilə kiçik fayllar) və yaxud buna bənzər formaya malikdir və müxtəlif tapşırıqların həllində faydalı ola bilər. Misal üçün, Cookies bizə Saytı elə sazlamağa imkan verir ki, o, maksimum dərəcədə istifadəçi maraqlarına və ehtiyaclarına uyğun gəlsin. Əksər internet-brauzerlərinin köməyilə istifadəçi Cookies-i sərt diskdən silə, onların istənilən saxlanmasını bloklaşdıra və yaxud onların saxlanacağı haqqında xəbərdarlıq ala bilər.

Xahiş olunur, bu funksiyalar haqqında daha ətraflı məlumat almaq üçün sizin internet-brauzerdən istifadə təlimatlarına və yaxud orada quraşdırılan soraq kitabçasına müraciət edəsiniz.