QAPAQ DƏYİŞMƏ NÖQTƏLƏRİ

 

Uduşlu qapaqları “Qapaq dəyişmə nöqtəsi” yazılı posterləri asılan marketlərdə həmçinin aşağıda adları qeyd edilən bütün iri marketlər şəbəkəsində dəyişdirə bilərsiniz:

. Araz marketlər şəbəkəsi

Spar marketlər şəbəkəsi

Favorit marketlər şəbəkəsi

Rahat marketlər şəbəkəsi

Neptun marketlər şəbəkəsi

Bizim marketlər şəbəkəsi

Grandmart marketlər şəbəkəsi

Fresco marketlər şəbəkəsi

Avromart marketlər şəbəkəsi

OBA marketlər şəbəkəsi

 

AZƏRBAYCANDA KEÇİRİLƏN

“YENİ İL 2020” KAMPANİYASININ

RƏSMİ ŞƏRTLƏRİ

 

«Yeni il 2020» Kampaniayası (bundan sonra – «Kampaniya» adlanacaq) AZ1117, Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən «Azərbaycan Koka-Kola Bottlers Ltd» Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – «Təşkilatçı» adlanacaq) (VÖEN: 9900039011 Əlaqə nömrələri: +994 12 488 08 01/02/03) tərəfindən 1 Dekabr 2019 – 31 Yanvar 2020-ci il tarixləri arasında Azərbaycan Respublikasında təşkil edilir.

 

 

BÖLMƏ 1. KAMPANİYADA İŞTİRAK EDƏN QABLAŞDIRMA VƏ ƏMTƏƏ NİŞANLARI

Kampaniyada iştirak etmək üçün (bundan sonra- İştirakçı adlanacaq), TƏŞKİLATÇI tərəfindən istehsal olunan və/və ya paylanan, kampaniyanın xüsusi etiketi və üzərində “2 Qapağı Gətir, 1L Coca-Cola Qazan” yazısı ilə gümüşü rəngli qapaq (bundan sonra – «Qapaq(lar)» adlanacaq) olan 2 litrlik həcmində qablaşdırılmış «Coca-Cola Classic», «Coca-Cola Classic - Az şəkərli», «Coca-Cola Şəkərsiz», «Fanta Portağal» və «Sprite» (bundan sonra – «məhsul(lar)» adlanacaq) məhsullarından almaq lazımdır.

Bütün iddialar və təqdim olunan Qapaqlar Təşkilatçı tərəfindən yoxlanılır. Qapaq(lar)ın həqiqiliyinə dair hər hansı bir mübahisənin yaranması halında, yekun qərar Təşkilatçı tərəfindən veriləcəkdir.

 

BÖLMƏ 2. HƏDİYYƏNİN TƏSVİRİ

2.1. 1,968,624(bir milyon doqquz yüz altmış səkkiz min altı yüz iyirmi dörd) ədəd 1L qablaşdırmada Coca-Cola Şəkərsiz və ya Coca-Cola Classic məhsulundan biri Kampaniyada iştirak edən üzərində “Qapaqları burada dəyişin” yazılan, həmçinin www.coca-cola.az veb səhifəsində qeyd edilən xüsusi QAPAQ DƏYİŞMƏ MƏNTƏQƏLƏRİNDƏ (bundan sonra- QAPAQ DƏYİŞMƏ MƏNTƏQƏSİ adlanacaqdır)n inventarda mövcud olma şərtiylə əldə edilə bilər.

2.2.Kampaniyanın Rəsmi Şərtlərinə (budan sonra – “Rəsmi qaydalar”) əsasən Kampaniya zamanı İştirakçılar arasında paylanılacaq Hədiyyələrin sayı, bütün Azərbaycan Respublikasını nəzərə almaqla 1,968,624 (bir milyon doqquz yüz altmış səkkiz min altı yüz iyirmi dörd) təşkil etməlidir.

 

2.3. Diqqət! Hədiyyələrin ümumi sayı heç bir halda Bölmə 2-də göstərilmiş sayları keçməməlidir.

 

 

BÖLMƏ 3. HƏDİYYƏLƏRİN ALINMASI QAYDASI

3.1 2 ədəd gümüşü qapaq toplayıb qarşısında “QAPAQLARI BURADA DƏYİŞDİRİN” yazısı olan poster yerləşən QAPAQ DƏYİŞDİRMƏ MƏNTƏQƏLƏRİNİN birinə həmçinin www.coca-cola.az veb səhifəsində qeyd edilən xüsusi QAPAQ DƏYİŞMƏ MƏNTƏQƏLƏRİNƏ təqdim etməklə inventar mövcudluqdan asılı olaraq 1L qablaşdırmada olan “Coca-Cola Şəkərsiz” və ya “Coca-Cola Classic” məhsullarından birini əldə edə bilərsiniz .

3.2 Diqqət! Bütün region\ şəhər\ qapaq dəyişmə məntəqəsi üzrə veriləcək hədiyyə sayı Təşkilatçı və ya Kampaniyanın təşkil edilməsi üçün Təşkilatçının təyin etdiyi qurum tərəfindən təyin edilir. Hədiyyə(lər)nizi tələb etmək üçün tələsin! Rəsmi qaydalara əsasən son pulsuz məhsul ilk gələnə təhvil veriləcək.

 

İMTİNA HAQQINDA BİLDİRİŞ!

 

Kampaniya zamanı təşkilatçı və ya onun qanuni təmsilçiləri iştirakçılardan aşağıdakı sənədləri tələb etmək hüququna malikdir:

  1. Kampaniyada iştirak edən məhsulların alışı haqqında qəbz (bundan sonra - Sübut Sənədi adlanacaq). Sübut sənədin üzərindəki tarix kampaniya müddətini əhatə etməlidir.

  2. Şəxsiyyətini təsdiq edən sənədin nüsxəsini

Təçkilatçının tələb etdiyi Sübut Sənədi və Şəxsiyyətini təsdiq edən sənədin surəti təhvil verilmədikdə iştirakçilara Hədiyyə(lər) təqdim edilməyə bilər (b) 1 iştirakçı tərəfindən 1 gün ərzində 1 qapaq dəyişdirmə məntəqəsində maksimum 10 qapaq dəyişdirilə bilər.

Təşkilatçı, İştirakçıların Qapaq dəyişdirmə məntəqələrinə gəlmək üçün daşınma və/və ya iştirak xərc və məsrəflərinə görə məsuliyyət daşımır.

 

VACİB QEYD

KAMPANİYA ZAMANI HEÇ BİR ŞƏRTLƏR ALTINDA TƏŞKİLATÇI TƏRƏFİNDƏN TƏQDİM EDİLƏN HƏDİYYƏ(LƏR)İN SATIŞI VƏ YA VASİTƏLİ SATIŞI HƏYATA KEÇİRİLMƏMƏLİDİR.

BU QAYDALARA ZİDD OLAN HƏR HANSI SATIŞ COCA-COLA ŞİRKƏTİNİN ƏMTƏƏ NİŞANININ İCAZƏSİZ İSTİFADƏSİ KİMİ QƏBUL EDİLƏCƏKDİR VƏ MÜƏSSİSƏ HÜQUQLARININ QORUNMASI MƏQSƏDİ İLƏ QANUNSUZ TƏDBİRİN DAYANDIRILMASI ÜÇÜN HÜQUQİ TƏDBİRLƏR GÖRƏ BİLƏR.

 

BÖLMƏ 4. KAMPANİYADA İŞTİRAK EDƏ BİLƏCƏK ŞƏXSLƏR

12 yaşından yuxarı olan şəxslər bu Kampaniyada iştirak etmə hüququna malikdirlər. «The CocaCola Company», Təşkilatçı, «Coca-Cola Meşrubat Pazarlama Danışmanlık Sanayi ve Ticaret A.Ş.» və ya onların yerli nümayəndəlikləri, yaxud yerli nümayəndələri, iştirak edən distribyutorları, pərakəndə satıcıları və ya onların ortaq şəxsləri, reklam agentlikləri və bu Kampaniyaya aidiyyatı olan digər agentliklər; Kampaniyanın keçirilməsinə texniki dəstək göstərən şirkətlərin işçiləri və nümayəndələri, onlarla əlaqəli olan şəxslər; həmçinin adları çəkilən şirkətlərin işçiləri və onların ailə üzvləri Kampaniyada iştirak edə bilməzlər.

 

 

BÖLMƏ 5. HƏDIYYƏLARIN ƏLDƏ EDİLMƏSİ QAYDASI VƏ QAPAQLAR.

5.1 Hədiyyəlar ı yalnız orijinal və Təşkilatçının istehsal etdiyi məhsulların qablaşdırılmasında istifadə olunan Qapaqları (Bölmə 1-də təsvir edilən şəkildə ) və Bölmə 3-də göstərilən sənədləri təqdim edən İştirakçilara təqdim ediləcəkdir

5.2 İştirakçılar təfərindən təqdim edilən bütün iddialar və Qapaqlar Qapaq dəyişmə məntəqələrində və/və ya Təşkilatçı tərəfindən yoxlanmalıdır. Qapaq dəyişmə məntəqəsi və Təşkilatçılar, oğurluq və ya hər hansı səbəbdən Qapaqlar orijinal deyilsə və ya təqdim edilən Sübut Sənədi keçərli deyilsə Hədiyyəları təqdim etməmək hüququna malikdir. Qapaqlar orijinal olmadığı halda Təşkilatçının qərarı qəti olmalıdır.

5.3 Təşkilatçı iştirakçı tərəfindən təqdim olunan qapağın hədiyyəlu olub-olmadığını dəqiq müəyyən edə bilmək üçün qapaqların altında bir və ya bir neçə məxfi və ya gizli simvollar (bundan sonra “Gizli Kod” deyiləcəkdir) çap edə/ yerləşdirə bilər. Mübahisə yarandığı halda, Təşkilatçı Bölmə 3-də göstərilən şəkildə hədiyyə tələblərinin təqdim edilməsi üçün sonuncu tarixə qədər Gizli Kodun (Kodların) nə olduğunu açıqlamamaq hüququnu saxlayır. Bu Kampaniyada iştirak etməklə, iştirakçılar xüsusi olaraq razılıq verirlər ki, Təşkilatçının məlumat açıqlamama hüququna heç bir şəkildə etiraz etməyəcəklər.

5.4. Yazısı oxunmayan, zədələnmiş, dəyişdirilmiş, dublikat olunmuş, saxtalaşdırılmış, kəsilmiş, cırılmış, üzərində çap və ya digər səhvlər olan, qanuni yolla əldə edilməmiş Qapaqlar etibarsız sayılır. Əgər Təşkilatçı qapağın saxta olduğunu hesab edirsə və ya müxtəlif səbəblərdən, həmçinin qapaq istehsalçısının səhvinə görə qapağın hədiyyəlu olmadığını hesab etməyə əsaslı səbəb varsa,Təşkilatçı qapağın hədiyyəlu olmadığını təyin etmək və hədiyyə tələbini təmin etməmək hüququna malikdir.

5.5. Hədiyyə haqqında iddianın etibarlı olması və ya Qapaqların həqiqiliyi barədə mübahisə yarandığı halda, Təşkilatçının qərarı həlledicidir. Təşkilatçı hədiyyəsuz qapaq(lar)la bağlı yaranan mübahisələrdə heç bir məsuliyyət daşımır və heç bir açıqlama vermək məcburiyyətində deyil.

5.6. Təşkilatçı hədiyyəlu qapaq(lar)ın sahibinin kim olması ilə bağlı yaranan mübahisələrdə heç bir məsuliyyət daşımır. Təşkilatçıya hədiyyəlu qapaq(lar)ı təqdim edən şəxs qapağın əsl sahibi hesab ediləcək.

5.7. Təşkilatçı hədiyyəsuz qapaqlarla bağlı heç bir açıqlama vermək və ya yazışmalar aparmaq məcburiyyətində deyil.

5.8. Təşkilatçı və ya onun qanuni təmsilçilərinin qərarına əsasən hədiyyə tələb edən İştirakçının Rəsmi qaydalarda göstəriləndən kiçik olduğuna qərar verərlərsə, Təşkilatçı və / və ya Mübadilə Mərkəzi iştirakçının Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada qanuni nümayəndəsinin notarial razılığını tələb etmək hüququna malikdir (lakin məcburi deyil) və ya azyaşlı İştirakçının hüquqi nümayəndələrindən birinin hədiyyəu şəxsən təhvil almasını tələb edə bilər.

5.9. Təşkilatçı və / və ya Mübadilə Mərkəzinin hər bir İştirakçıdan yaşını sübut edən sənədləri tələb etmək hüququ vardır (lakin məcburi deyildir) və onun yaşını təsdiq edən sənədə əsasən yaşı rəsmi qaydalarda göstərilən minimum yaş həddindən kiçik olduğu halda İştirakçıya hədiyyə verməyi rədd etmək hüququna malikdir.

5.10. Kampaniyanın təşkilatçısı tərəfindən hədiyyəlu qapaqların qəbulu kampaniyanın başlandığı tarixdən başlayır və kampaniya başa çatdığı tarixdə bitir.

5.11 Hədiyyə, kampaniyanın təşkilatçısı tərəfindən hədiyyəlu qapaqların qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq sahibinə verilməlidir.

BÖLMƏ 6. HƏDIYYƏLARIN PUL EKVİVALENTİ İLƏ ƏVƏZ OLUNMASININ MÜMKÜNSÜZLÜYÜ

Hədiyyə heç bir halda onların pul ekvivalenti ilə əvəz oluna bilməz.

BÖLMƏ 7. SƏHVLƏR VƏ STANDART OLMAYAN QAPAQLAR

Çap, və ya digər səhv, və ya standart olmayan qapaq, və ya qapağın xaricində olan yazının hər hansı səbəbə görə, o cümlədən Qapaq istehsalçısının səhvi səbəbindən oxunmazlığına görə «The CocaCola Company», Təşkilatçı, «Coca-Cola Meşrubat Pazarlama Danışmanlık Sanayi ve Ticaret A.Ş.» və ya deyilənlərin yerli nümayəndəlikləri, yaxud yerli nümayəndələri, iştirak edən distribyutorları, pərakəndə satıcıları və ya onların ortaq şəxsləri, reklam agentlikləri və bu Kampaniyaya aidiyyatı olan digər agentliklər heç bir məsuliyyət daşımırlar.

BÖLMƏ 8. İŞTİRAKÇILARIN ƏLAQƏLƏRİ

Hədiyyəlar(ın) təqdimatı media, audio yazı, foto və video çəkilişləri ilə bağlı ictimai tədbir kimi təşkil edilə bilər. Bu Kampaniyaya qoşulduğunda, İştirakçı (lar), həmçinin, Hədiyyəların alıcısı olarsa onların adı, ünvanı və fotoşəkilləri / video təsvirləri və səs qeydləri ictimaiyyətə açıqlana bilər və audio, foto və Təşkilatçı tərəfindən hər hansı bir təzminat olmadan özünə məxsus video materiallarında istifadə edilə bilər.

Təşkilatçı yuxarıda göstərilən ictimai tədbirin təqdimatı təşkil edildikdə və bu razılıq əldə edildikdə İştirakçılara bu şərt barədə məlumat verməlidir.

Hədiyyəu iddia edən və ya Hədiyyəu tələb edən hər bir İştirakçı, onun tam adı, fotoşəkilləri / videoları və audio yazılışının təşkilatçının öz mülahizəsinə uyğun hesab edə biləcəyi şəkildə və hər hansı bir şəkildə, İştirakçılardan hər hansı əlavə saziş və ya icazələrin alınmadan hər hansı bir audio, fotoşəkil və video materialı iştirakçılara heç bir kompensasiya ödəmədən və onlara bildiriş vermədən ehtiyac duymadan həyata keçirilməsinə razılıq verir.

BÖLMƏ 9 KAMPANİYADA DƏYİŞİKLİKLƏR

Təşkilatçı bu Kampaniyanın müddətini dəyişdirmək, ləğv etmək, dayandırmaq, qısaltmaq və ya uzatmaq hüququna malikdir.

Təşkilatçı bu dəyişikliklər haqda elanı onun tərəfindən seçilmiş milli qəzetdə və ya İnternet səhifəsində yerləşdirilməlidir. Bu elan, kampaniya iştirakçılarını kampaniya müddətinin dəyişdirilməsi, ləğv edilməsi, dayandırılması, qısaldılması və ya uzadılması barədə məlumat verilməsi üçün kifayət edir.

BÖLMƏ 10. ƏMTƏƏ NİŞANI

COCA-COLA ŞİRKƏTİ (TCCC).

Bu Rəsmi Şərtlərin müddəaları iştirakçıya TCCC-nin yuxarıda göstərilən əmtəə nişanından istifadəsinə görə mənfəətin əldə etmək hüququnu verməsi kimi şərh olunmamalıdır. Rəsmi Şərtlərin müddəaları və ya Lotereyada iştirak etmə, iştirakçıya marketinq və reklam məqsədləri üçün TCCC və Təşkilatçının adını, loqosunu, ticarət nişanlarını və ya müəllif hüquqlarını və ya Kampaniyaya aid olmayan başqa məqsədlərdən istifadə etmək və ya qeyd etmək hüququnu vermir (TCCC-nin əvvəlcədən yazılı razılığı olmadan). İştirakçı TCCC əmtəə nişanlarının etibarlılığını və TCCC-nin mülkiyyət hüququnu qəbul edir.

İştirakçı TCCC əmtəə nişanlarının hüquqlarına dair Rəsmi Şərtlərinin müddəalarını pozduqda, Təşkilatçı İştirakçıdan bu cür pozuntu nəticəsində Təşkilatçıya və /və ya və ya TCCC/və ya hər hansı digər ərazidə işləyən TCCC əmtəə nişanları ilə malların digər səlahiyyətli nümayəndəsi və / və ya distribyutorlara dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər.

Bu Bölmə 10 Kampaniya bitdikdən sonra da etibarlıdır.

BÖLMƏ 11. KAMPANİYANIN RƏSMİ ŞƏRTLƏRİ
Kampaniyanın Rəsmi Şərtlərini bu Kampaniyada iştirak edən satış nöqtələrində və ya www.coca-cola.az veb səhifəsində əldə etmək mümkündür.

Daha ətraflı məlumat almaq üçün *4441 telefon nömrəsinə pulsuz zəng edə bilərsiniz.

KAMPANİYADA İŞTİRAK ETMƏKLƏ BÜTÜN İŞTİRAKÇILAR KAMPANİYANIN HAZIRKI RƏSMİ ŞƏRTLƏRİNƏ TABE OLACAQLARINA AVTOMATİK OLARAQ RAZILAŞIR.

«COCA-COLA», «COKE», «COKE ZERO», «FANTA», «SPRITE», Kontur Şüşə və Dinamik Lent «The Coca-Cola Company»-nin qeydə alınmış əmtəə nişanlarıdır.